AZ

Sübhan Talıblı: "Ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur"

Qarabağ münaqişəsi və buna bağlı ərazi iddiaları, Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən siyasi və hərbi gərginliklərə səbəb olub. Bu məsələ, yalnız regional bir problem olmaqla qalmayıb, həm də beynəlxalq güclərin müdaxiləsi ilə daha da mürəkkəbləşib. Tarix boyu erməni tərəfi, öz ideoloji və siyasi məqsədləri uğrunda, xüsusən də Azərbaycanın ərazilərinə olan əsassız torpaq iddialarını əsaslandırmağa çalışıb.

Mia.az-ın məlumatına görə, mövzu ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Memorial Soyqırımı Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a danışıb:

O bildirib ki, “Erməni məsələsi”, “erməni problemi”, “uydurma erməni soyqımı”, “Böyük Ermənistan” ideyası-faktı, əsası, hüququ olmayan, xüsusilə böyük dövlətlərin Türkiyə, Azərbaycana və türk-islam aləminə qarşı istifadə etdiyi məsələdir: "Hazırda da bundan istifadə olunmaqdadır. Ermənilərin əsassız torpaq iddiaları zaman-zaman Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Gürcüstana qarşı irəli sürülüb. Baxmayaraq ki, tarixi Azərbaycan topraqlarında yerləşdirilən ermənilər bu günə qədər də sözügedən iddalarından əl çəkməyiblər. Təbii ki, müxtəlif adlar, ideyalar və məqsədlərə xidmət edən ermənilər çar Rusiyası, Sovet Rusiyası, regional və beynəlxalq güclərdən hərtərəfli dəstək alaraq onların siyasətinə və məkrli planlarına xidmət ediblər.

Ermənistanın konstitusiyasında, yerli və xarici KİV-lərdə, elmi ədəbiyyatında, ali və orta məktəb dərslərində, xarici ölkələrdə fəaliyyət göstərən qurumlarında və s. həmişə Türkiyəyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, kitab və məqalələr çap etdiriblər. 

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, 44 günlük Vətən müharibəsi, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü, Cənubi Qafqazda aparıcı rol oynaması Ermənistanı və onu dəstəkləyən beynəlxalq güclərlə Azərbaycanın haqqa və beynəlxalq hüquqa söykənən davasının olmasına səbəb olub. Bu, Ermənistan hökumətini tarixi gerçəkliklə razılaşmağa, əsassız ideoloji iddialardan əl çəkməyə vadar edib. Azərbaycan ictimaiyyəti olaraq erməni hiylələrini və Azərbaycan xalqına qarşı etdiklərini heç zaman unutmamalı, nəzərdə saxlamalı, ehtiyatla və həssaslıqla yanaşmalıyıq.

Tarixi adları dəyişdirilən Azərbaycan ərazilərinə məxsus olan yerlərə aid qondarma və uydurma “Artsax Azadlıq Müharibəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Artsax problemi” kimi mövzuların dərsliklərindən çıxarılmasında Azərbaycanın güclü olması, rəsmi İrəvanın müttəfiqlərinin onları dəstəkləmələrinin hüquqi cəhətdən düzgün olmaması, regionda qüvvələr balanasının dəyişməsi, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək peşəkarlıq qabiliyyəti, Türk Dünyası amili, Azərbaycan ordusunun peşəkarlığı-amillərinin də təsiri mühüm rol oynayıb".

Seçilən
25
1
mia.az

2Mənbələr