AZ

Orban: Aİ-nin Rusiyanın enerji resurslarına alternativi yoxdur

Macarıstanın baş naziri Viktor Orban Rusiyanın enerji resurslarından imtina etdikdən sonra Aİ-nin dəqiq iqtisadi strategiyasının olmamasını kəskin tənqid edib.

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, Orban bu haqda fikirlərini amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bölüşüb.

Orbanın fikrincə, Aİ-nin əvvəlki iqtisadi uğuru, əsasən çiçəklənən Almaniya iqtisadiyyatı ilə müəyyən edilir: ucuz Rusiya enerjisi və qabaqcıl Qərb texnologiyasının simbiozuna əsaslanıb. Bu, Avropanın qlobal bazarda yüksək rəqabət qabiliyyətini təmin edib: “Lakin Ukraynada münaqişənin başlaması və ardınca Rusiyanın enerji embarqosu ilə bu model itirildi və Aİ alternativ strategiyasız qaldı”, - Orban deyib.

O, Avropa iqtisadiyyatının gələcəyi ilə bağlı dəqiq baxış bucağının olmamasının və yeni reallıqlara uyğunlaşa bilməməsinin birliyin bütün ölkələri üçün ciddi təhlükə yaratdığını, həm Almaniyada, həm də Macarıstanda iqtisadi problemlərə səbəb olduğunu vurğulayıb.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr