AZ

İtaliyada Etna vulkanı yenidən aktivləşdi - Kül və lava püskürür

İtaliyanın cənubundakı aktiv Etna vulkanının kül və lava püskürtdüyü bildirilir. 

News24.az 32gun.az-a istinadən xəbər verir ki, Siciliya adasındakı təxminən 3300 metr yüksəklikdəki Etna dağının vulkanik fəaliyyəti son günlər də davam edir.

Milli mətbuatda çıxan xəbərlərə görə, həftə sonu "Bocca Nuova (Yeni Ağız)" olaraq bilinən kraterin cənub yamacında əmələ gələn çatdan lava axını davam edərkən, cənub-şərq kraterindən də kül püskürür.

Vulkanın cənub-şərq kraterindən atılan külün 2 kilometr hündürlüyə çatdığı bildirilib.

Səhər saatlarında yüksələn kül buludu səbəbindən adanın ətrafındakı hava məkanının müəyyən hissələrinin uçuşlara bağlandığı qeyd edilib.

Şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyət 2024-cü ilin yayında kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna dağında qeydə alınıb.


Seçilən
26
news24.az

1Mənbələr