AZ

Federasiya prezidenti həbs olundu: təcavüzə görə

Fransa Tennis Federasiyasının keçmiş prezidenti Jan-Pier Dartevel idmançıya təcavüz etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məhkəmə prosesi fevralın 11-dən 13-dək baş tutub. Hazırda 25 yaşı olan qadın Darteveli azyaşlı olarkən bir neçə dəfə zorlamaqda ittiham edib. Təmaslar 2016-cı ilin sentyabrından 2018-ci ilin martına qədər, qurbanın 17-19 yaşları arasında baş verib. Dartevelin indi 74 yaşı var.

Seçilən
16
publika.az

1Mənbələr