AZ

Pistorius: Hərbi xərclərin artırılması Almaniyanın yeni hökuməti üçün əsas prioritetdir

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniyanın yeni hökuməti üçün yüksək müdafiə xərclərinin təmin edilməsi əsas prioritetdir.

APA xəbər verir ki, nazir bunu Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ÜDM-in 2%-lik müdafiə xərclərinə nail olmaq üçün lazım olan ümumi məbləğ 85-90 milyard avro arasındadır, ÜDM-in 3%-i olan müdafiə xərcləri isə 120 milyard avro təşkil edir.

Qeyd edək ki, son günlər ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, NATO-ya üzv dövlətlər müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmalıdır.

Seçilən
6
1
apa.az

2Mənbələr