AZ

Şişkinlik və qaz şikayətləri ilə həkimə getdi: 1 həftə ömrü qaldığını öyrəndi - Tibdə nadir hadisə

Şişkinlik və qaz şikayətləri ilə həkimə getdi:

16 yaşlı Aleks Arkell ailəsi ilə tətildə olarkən şişkinlik və qaz problemləri yaşadı. Bu şikayətlərə görmə problemləri də əlavə olununca, həkimə müraciət etdi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, müayinələr nəticəsində onun hipofiz vəzində nadir rastlanan, follikul stimullaşdırıcı hormon ifraz edən adenoma olduğu aşkarlandı. Bu şiş yumurtalıqların böyüməsinə, nizamsız menstruasiya və kist problemlərinə səbəb olurdu.

Həkimlər təcili əməliyyatın vacibliyini bildirərək, əks halda Aleksin təxminən bir həftə ömrü qaldığını dedilər. Əməliyyatdan sonra ona məqsədyönlü radiasiya müalicəsi tətbiq edildi.

Hazırda 19 yaşında olan Aleks, əməliyyatdan sonra yemək yemək, yatmaq və yeriməkdə çətinlik çəkdiyini, həmçinin posttravmatik stres pozuntusu (TSSB) diaqnozu aldığını bildirib.

Müalicəsi davam edən Aleks, yaşadığı çətinliklərə baxmayaraq, həyatda olduğu üçün xoşbəxt olduğunu və anı dəyərləndirdiyini qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
10
e-saglam.az

1Mənbələr