AZ

“Mançester Siti”nin müdafiəçisi 10 həftə oynamayacaq

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin aparıcı müdafiəçisi Manuel Akanci ombasından əməliyyat olunacaq. 

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola “BBC Sport”a açıqlamasında deyib. 

Mütəxəssisin sözlərinə görə, isveçrəli müdafiəçi 10 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Akanci Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Real”a qarşı keçirilən oyunda (2:3) zədələnib. 

“Mançester Siti”nin digər üzvü Cek Qrilişin isə zədəsi yüngüldür. Bununla belə, Qvardiola bildirib ki, 29 yaşlı futbolçunun fevralın 15-də Premyer Liqanın 25-ci turu çərçivəsində “Nyukasl”a qarşı matçda meydana çıxmaq şansı elə də yüksək deyil. 

Seçilən
30
teleqraf.com

1Mənbələr