AZ

Ağ Evdən "Associated Press"ə qadağa

Ağ Evdən "Associated Press"ə qadağa

Donald Trampın administrasiyası "Associated Press" (AP) jurnalistlərinin Oval kabinetə və prezident təyyarəsinə girişinə icazə verməyib. AFN.az xəbər verir ki, bunu Ağ Ev aparatı rəhbərinin müavini Teylor Badoviç X hesabında yazıb.Bildirib ki, "Associated Press" Amerika Körfəzinin adının qanuni şəkildə dəyişdirilməsinə məhəl qoymur. Badoviç agentliyin qərarını "parçalayıcı" adlandırıb və "Associated Press"in dezinformasiya yaydığını deyib. Prezidentin Nazirlər Kabinetinin katibi vəzifəsini də icra edən Badoviç bildirib ki, ABŞ Konstitusiyasının söz azadlığına birinci düzəliş jurnalistlərə Oval Ofisə və Hərbi Hava Qüvvələrinə maneəsiz giriş imtiyazına zəmanət vermir.Badoviç qeyd edib ki, agentliyin jurnalistləri və fotoqrafları Ağ Ev ərazisinə buraxılış vərəqələrini özündə saxlayacaqlar. "Associated Press" Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı sərəncamının yalnız ABŞ daxilində qüvvədə olduğunu və Meksikanın, digər ölkələrin və beynəlxalq təşkilatların ad dəyişikliyini tanıması tələb olunmadığını bildirib. AP qlobal xəbər agentliyi kimi yerlərin və coğrafi xüsusiyyətlərin bütün auditoriya tərəfindən asanlıqla tanınmasını təmin etmək üçün öz nəşrlərində buxtanın adını dəyişməmək qərarına gəlib.

Seçilən
12
afn.az

1Mənbələr