AZ

Coşqun komandasını niyə dəyişib? – Şahin Diniyev detalları gizlətmədi

“Bandırmaspor”u Türkiyənin digər 1-ci liqa təmsilçisi “Çorum”a dəyişən Coşqun Diniyevin uğurlu debütündən xəbərdarsız.

Kollektivə yeni qoşulan futbolçu komandasının “Yeni Malatyaspor”u qəbul etdiyi matçda start heyətində meydana çıxdı və dubl edərək meydan sahiblərinin qələbə qazanmasına (2:0) səbəbkar oldu.

Coşqunun komandasını dəyişməsinin səbəbini öyrənmək və debüt matçı haqda fikirlərini öyrənmək məqsədilə atasıyla – Şahin Diniyevlə əlaqə saxladıq. Mütəxəssisin “Football-plus.az”a söylədikləri:

“Fevralın 9-10-da bu məsələylə ciddi məşğul olduq. Coşquna üç klubdan təklif var idi. “Çorum”u mən də daha ideal seçim kimi qiymətləndirdiyimdən Coşqunun bu komandaya getməsini istədim. Meneceriylə danışdıq. Həm maliyyə şərtləri, həm də klubun superliqaya yüksəlmək iddiasının olması daha uyğun oldu. Dünənki oyun göstərdi ki, qərar səhv deyil. Coşqun “Bandırmaspor”da öz mövqeyində oynamırdı. Bu üzdən çətinliklə üzləşirdi. İndi öz mövqeyində çıxış edəcək. Belədə daha yaxşı oynayacaq. Həm “Çorum” rəhbərliyi, həm də biz düzgün seçim etdik. İlk oyunda iki qol vurması da bunu göstərir. Coşqun komandaya tez uyğunlaşacaq. Burda, sadəcə, bir dəfə məşq etdi. Məşqçilər korpusu ona güvəndi və start heyətində meydana buraxdı. O da ümidləri doğrultdu. Qələbədə böyük pay sahibi oldu. Coşquna uğurlar arzulayıram. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı oynayacaq”.

KƏNAN BAHADIR
Seçilən
9
1
football-plus.az

2Mənbələr