AZ

Səudiyyə Ərəbistanı Putin-Tramp görüşünün keçirilməsinə razılıq verib

Səudiyyə Ərəbistanı Putin-Tramp görüşünün keçirilməsinə razılıq verib

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında zirvə görüşünün keçirilməsinə razılıq verib. AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.Nazirlik siyasətçilər arasında telefon danışığını alqışladığını qeyd edib. "Krallıq Səudiyyə Ərəbistanında görüşə ev sahibliyi etməyə hazırdır və Rusiya ilə Ukrayna arasında davamlı sülhə nail olmaq üçün davamlı səyləri təqdir edir", - deyə qurumun açıqlamasında qeyd edilir.Tramp ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəyini bildirib. Onun sözlərinə görə, bu üç ölkə arasında gözlənilən təmaslar Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin nə dərəcədə mümkün olduğunu göstərəcək.

Seçilən
9
afn.az

1Mənbələr