Ukraynanın Odessa vilayətində 19 yaşlı gənc üç yaşlı uşağı öldürməkdə şübhəli bilinərək saxlanılıb. İddialara görə, o, uşağı ağladığı üçün döyüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, uşaq yerli xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Məlumata görə, qadın işləyərkən uşağa sevgilisi baxıb. Müstəntiqlər müəyyən ediblər ki, o, körpəni ağladığı və sakitləşmək istəmədiyi üçün döyüb.
Üç yaşlı oğlan daxili orqanların zədələnməsi və qabırğasının sınığı nəticəsində yaranan qanaxmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəblərini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.