AZ

“Monako” Qolovini itirdi

style='margin-bottom:10px;'>

“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovun sıradan çıxıb. 

QOL.az GFFN-ə istinadən xəbər verir ki, rusiyalı futbolçunun əzələsində problem var. Bu səbəbdən də Qolovin Fransa çempionatının 22-ci turu çərçivəsində “Nant”a qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək. 

28 yaşlı futbolçu Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab görüşünü də kənardan izləyəcək. Onun təxminən 8-10 gündən sonra sıraya dönəcəyi gözlənilir. 

Cari mövsüm bütün turnirlərdə 27 matça çıxan Aleksandr Qolovin 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. 

Seçilən
8
teleqraf.com

1Mənbələr