AZ

Riçard Almeydanın yeni klubu bəlli olub

"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.

Almeyda mövsümün sonuna kimi "Primavera" ilə anlaşıb. Komanda Paulista ştatının A2 Liqasında yarışır. Riçardın yeni klubu 9 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

İdman.biz

Seçilən
69
idman.biz

1Mənbələr