Dövlət rəsmiləri ziddiyyətli fikirləri ilə ictimaiyyətdə özlərinə olan inamı itiriblər
Ermənistanda gah dondurulan, gah da fəallaşan Zəngəzur dəhlizinin açılması ilə bağlı planlar hələlik söz-söhbətdən o yana keçmir. Artıq beş ilə yaxındır ki, rəsmi İrəvan bu məsələdə qəti mövqe göstərə bilmir. Çünki hər işdə olduğu kimi, bu məsələ barədə də xaricdən açılan ağızları gözləyirlər. Amma görünür ki, hər hansı mənada olursa-olsun dəhlizin açılmasında maraqlı olanlar çoxdur. Axı, bu, birbaşa Ermənistanın blokadadan çıxması, nəfəslik qazanması deməkdir. Qondarma ölkədə bunu başa düşən də var, düşməyən də.
Bu günlərdə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Artur Ovanesyan və Armen Eqoyan Zəngəzur dəhlizindən keçəcək yüklərlə bağlı yerli jurnalistlərin suallarını cavablandırıblar.
Bu barədə erməni mediası məlumat yayıb. “Azərbaycan yükləri Ermənistan Respublikasına daxil olarsa, yerli gömrük əməkdaşları tərəfindən yoxlanılacaqmı”,-deyə jurnalistlərdən biri deputatlara bu sualı ünvanlayıb. Artur Ovanesyan ilk olaraq bu kimi mövzulara cavab verməyəcəyini bildirib. Fikrini onunla əsaslandırıb ki, hələlik bu danışıqlar barədə qəti söz demək mümkün deyil. Əgər davam edərsə və iki ölkə arasında razılıq əldə olunarsa, o halda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Ancaq onun deputat həmkarı Eqoyan suala belə cavab verib: “Ermənistan Respublikasının ərazisindən keçən istənilən yük müəyyən yoxlanışdan, yoxsa, nəzarətdən keçməlidir? Ermənistan öz ərazisindən nələrin keçdiyini bilməlidir”. Onun sözlərinə görə isə, Ermənistan Respublikasının səlahiyyətli orqanları keçən qatarların içindəkilərdən xəbəri olmasa, heç bir yük Ermənistan Respublikasının ərazisindən keçə bilməz. Çünki bu, həm də dolayısı ilə ölkənin milli təhlükəsizlik məsələsidir. "Bunun üçün hansı texniki vasitələrdən istifadə ediləcəyi, Ermənistanın hansı rəsmi orqanının nəzarəti həyata keçirəcəyi hazırda müzakirə olunur. Bu texniki məsələlər müzakirə mərhələsindədir", - deyə erməni deputat bildirib.
Görürsünüzmü, özlərini hamıdan ağıllı sayan kütbeyin erməniləri? Beş ildir ki, bu “ağıllılar” belə sadə bir məsələ üçün baş sındırırlar, saysız-hesabsız müzakirələr keçirirlər, amma hələ də məqbul yekun qərara gələ bilmirlər.
Xaricdə, orada-burada geninə-boluna müsahibə verən baş nazir Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın, parlamentin spikeri Alen Simonyanın da sürüşkən fikirləri o birilərin söylədiklərindən az fərqlidir. Yəni, ortada konkret fikir birliyi və mövqe yoxdur. Əvvəllər qafalarının gətirmədiyi məsələlərdə gözlərini Rusiya rəhbərliyinin ağzına dikirdilər. Lakin indi ağızlar dəyişib və çoxalıb. Çaşqınlıq da buradan yaranıb. Nəzərlər okeanın o tayından başlayaraq, avropadakıların, xüsusilə “böyük bacıları” Emmanuel Makron Fransanın ağzına yönəlib. Ağızların da biri kərə deyir, o biri kürə. Şübhə yoxdur ki, Zəngəzur dəhlizinin açılmasından narahat olan bədxahlarımız siyasətdə səriştəsi olmayan Nikol Paşinyanın qulağına pıçıldayırlar ki, dəhliz açılarsa türk dünyası birləşər və bizə təhdid yaranar. Ona təlimat verirlər ki, 2027-ci ilə qədər bu işi uzatsın və paralel olaraq ordusunu gücləndirsin. Ermənistanda proseslərin bu istiqamətdə aparıldığını sezmək o qədər də çətin deyil.
Bütün bunlar açıq göstərir ki, Ermənistan adlandırılan qondarma ölkədə hələ də dövlətçilik ənənələri formalaşmayıb. Müstəqil siyasət yeridən uzaqgörən lider yoxdur, ermənilər öz talelərinin sahibi deyillər. Hindistan qaraçıları olan haylar iki min il müddətində digər qaraçılar kimi dövlət qurmaq və idarə etmək vərdişlərinə malik ola bilmirlər. Məhz buna görə də heç bir yerdə mövqe və ya qəti söz sahibi də deyillər.
Fakt odur ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı haqlı tələbi illərlə uzadılıb və yenə də uzadılır.
Vəli İlyasov, “İki sahil”