Mərkəz Akdeniz rayonu sərhədləri daxilində maraqlı bir oğurluq hadisəsi baş verib.
News24.az bildirir ki, oğrular 3 ayrı yerdən 9 baş qoyun, bir dana və bir keçi oğurlayıblar. Oğurluqla bağlı araşdırma işi başlanılıb.
Qrupun işi zamanı oğurluqların baş verdiyi ərazidəki çox sayda təhlükəsizlik kamerası toplanaraq tək-tək araşdırılıb. Araşdırmalar nəticəsində şübhəlilər müəyyən edilib.
Polisin keçirdiyi əməliyyatla 3 şübhəli yaxalanarkən, oğurlanan heyvanların avtomobilə mindirilərək Tarsus və Aksaray bölgələrinə aparılaraq satıldığı üzə çıxıb. Satılan heyvanlardan 6-sı, o cümlədən buzov götürülərək sahiblərinə qaytarılıb. Digər 3 heyvanın isə satıldıqları qəssablarda kəsildiyi öyrənilib.
Zəhraxanım Şeydayeva