Böyük Britaniyanın Formula 1 komandası “Uilyams” 2025-ci il üçün avtomobilini təqdim edib.
Publika.az xəbər verir ki, avtomobil Silverstoundakı trekdə nümayiş etdirilib və FW47 indeksini alıb.
Qeyd edək ki, ictimaiyyətə yalnız xüsusi liveriya təqdim olunub. Əsası fevralın 18-də Londonda keçiriləcək ümumi tədbirdə nümayiş etdiriləcək.
“Uilyams”ın yarış sürücüləri Alexander Albon və komandaya yeni gələn Karlos Saynsdır.