AZ

DTX-nin “Qusar əməliyyatı” haqda gizlinlər açıqlandı - VİDEO

AZTV-nin efirində yayımlanan “Hədəf” verilişinin bugünkü buraxılışı Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə həyata keçirdiyi fəaliyyətdən bəhs edilib.

Verilişdə təhlükəsizlik ekpertlərinin iştirakı ilə “Qusar əməliyyatı” və DTX-nin son fəaliyyətləri müzakirə olunub.

Verilişdə qonaq olan təhlükəsizlik orqanının veteranları - Arzu Nağıyev, Azər Qarayev, İlham İsmayıl və Əliheydər Dadaşov Qusarda planlaşdırılan cinayətlərin ifşasını unikal əməliyyat adlandırıblar.

Təhlükəsizlik orqanının veteranları dünyada baş verən geosiyasi hadisələrin də Qusarda baş verən hadisələrə təsir etməsi, ümumiyyətlə bəzi gənclərin xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək cinayətkar fəaliyyətə sövq edilməsi barədə fikirlərini bölüşüblər.

Onlar bildiriblər ki, Qusardakı hadisələrin başlıca məqsədi dövlətə inamsızlıq yaratmaq, din pərdəsi altında gizlənib cinayətkar fəaliyyət həyata keçirmək idi.

Seçilən
20
sportinfo.az

1Mənbələr