AZ

Doğum günündə gələn telefon zəngi Nadiri sarsıtdı

Müğənni Nadir Qafarzadə doğum günündə ona gələn telefon zəngindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində danışıb.

Qafarzadə bildirib ki, ona zəng edən şəxs atasının qaraciyər sirroz xəstəsi olması səbəbi ilə maddi yardım istədiyib:

“O mənim şəxsi nömrəmə deyil, instaqram səhifəmdə yazdığım nömrəmə zəng vurmuşdu. Həmin o nömrəyə isə mən çox nadir hallarda cavab verirəm. Çünki daha çox köməkçim cavab verir. Amma bu dəfə özüm cavab verdim. Onu qara siyahıya da ata bilərdim... O anda həyat yoldaşım Sevinc xanımda yanımda idi. Ona dedim ki, filan yerə yaxınlaş. Gəldi, onu yola saldım. O ad günümdə o yardımı məndən istəyirdi. Yəni mən bunu etməyə də bilərdim. Amma içimdə ki, o vicdan hissi bunu etməyə icazə vermədi. Mən o şəxsin istəyini geri çevirmədim. O yardım ona etdim amma hələ də rahat deyiləm. Mənə video göstərdi. Orada atası yataqda uzanmışdı. Vəziyyəti və qaldıqları ev çox pis və acınacaqlı idi. Onlara yenə kömək edəcəyəm (kövrəldi). Onlar çox çarəsiz bir ailədir. Ata və övladdır. Övlad cavandır. Yorğan, döşəkləri yaxşı vəziyyətdə deyil, evin suvağı tökülüb. Əsas odur ki, bizi aldatmasınlar. Həqiqətəndə köməyə və yardıma ehtiyacı olanlar zəng etsinlər. Aferistlər deyil. Sonra o aferistlərin badına həqiqətdə yardıma ehtiyacı olanlar da yanır. Allah heç kimi heç kimin köməyinə möhtac etməsin. Amma olurda, bu da həyatdır”.

 

Seçilən
17
1
olay.az

2Mənbələr