Bakı. Trend:
Rusiyanın yeddi hava limanında “Xalça” planı tətbiq olunub,təyyarələrin eniş və uçuşu qadağan edilib.
Trend bu barədərus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, uçuş və enişlərə qoyulmuş qadağa Həştərxan,Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovskaerportlarında qüvvəyə minib.
Buna səbəb hava məkanında pilotsuz uçan aparatlarınolmasıdır.