AZ

“Ədalətin həyatda ən böyük uduşu, Aygünlə evlənməsi olub” - Vasif

Əməkdar artist Vasif Məhərrəmli yaxın dostu, həmkarı, Əməkdar artist Ədalət Şükürovla bağlı etirafı ilə diqqət çəkib.

OLAY yazır ki, bu açıqlamanı Məhərrəmli Şükürovla qonaq olduğu “Qonaqcanlı” verilişində edib.

Ədaləti təriflərə qərq edən Vasif sənət yoldaşının həyat yoldaşı Aygün xanımla bağlı bu sözləri dilə gətirib:

“Ədalət Şükürovun həyat yoldaşı Aygün xanım mənim bacım, başımın tacıdır. Onun xətrini dünyalar qədər istəyirəm. Aygün xanımın bir neçə sinif yoldaşını tanıyıram. Onlar mənə deyiblər ki, bəlkə də Ədalət Şükürovun həyatda ən böyük uduşu, varı-dövləti Aygünlə evlənməsi olub. Bunu eşidəndən sonra ona dəyər verirsən... Yaxşı insanın önünə yaxşı insan çıxmalıdır”.

Seçilən
14
1
olay.az

2Mənbələr