1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İmişli rayonunda fermada meyit tapılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Eldar Bəndəliyevin meyiti İmişlinin Nurulu kəndindəki fermada aşkar edilib.
Meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
E.Bəndəliyevin hansı şəraitdə və nə səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.