Rusiyanın Altay Respublikasında Şənbə günü baş vermiş zəlzələ ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə öz "Telegram" kanalında bölgə rəhbəri Andrey Turçak məlumat yayıb.
Qoş-Ağaç və Ulaqanski rayonlarında bu gün məktəblərdə dərslər və kütləvi tədbirlər ləğv edilib. Dörd kənddə su təchizatında problemlər yarana bilər. Rayon rəhbəri quyularda tədqiqatlar aparacağını, lazım gələrsə, içməli suyun verilməsini təşkil edəcəyini vəd edib.
Bir sıra rayonlarda dağıntılar qeydə alınıb. Lakin tələfat yoxdur.
Yeraltı təkanların gücü 6,4 bal olub.
Telegram kanalımız