AZ

AB ABŞ olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz

Avropa ABŞ olmadan yaxın illərdə Ukrayna üçün təhlükəsizlik zəmanəti verə bilməyəcək. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Münhen Təhlükəsizlik Konfransında deyib.

"Biz aydın şəkildə başa düşməliyik ki, bizim çəkindirmə qüvvələrində böyük boşluq var. ABŞ-ın imkanları olmasa, biz ən azı yaxın illərdə Ukrayna üçün təhlükəsizlik zəmanəti verə bilməyəcəyik", - o hesab edir.

Eyni zamanda, Pistorius bəyan edib ki, Aİ-nin Ukrayna üzrə danışıqlarda iştirakına zəmanət verilməzsə, “münaqişənin nizamlanması prosesindən sonra Avropanın hər hansı öhdəlik götürəcəyini təsəvvür etmək çox çətindir”.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr