"Fiorentina" Fransa millisinin, "Yuventus"un və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Poqba ilə bağlı fikrini dəyişib.
QOL.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
"Fiorentina" 31 yaşlı futbolçu ilə yaxından maraqlanırdı. Tərəflər bir neçə görüş keçiriblər. Lakin sonda klub rəhbərliyi qalmaqallı yarımmüdafiəçinin fiziki hazırlığına şübhə etdiyi üçün onunla müqavilə imzalamaq istəməyiblər.
Poqba hazırda azad agentdir.