AZ

Bir şəhəri dağıda biləcək asteroid Yerlə toqquşa bilər

Ajans.az “Live Science” nəşrinə istinadən xəbər verir ki, alimlər astreroidin yerlə toqquşma ehtimalının 2,3 faizə bərabər olduğunu bildiriblər.

Potensial təhlükəli asteroid təqribən 55 metr enindədir və 48 min km/saat sürətlə hərəkət edir.

“2024 YR4” toqquşma zamanı təxminən 8 meqaton enerji buraxa bilər. Bu da böyük bir şəhərin məhvi deməkdir.

Tədqiqatçıların hesablamalarına görə, asteroidin gücü Yaponiyanın Xirosima şəhərini viran qoyan atom bombasından 500 dəfə çoxdur.

Seçilən
4
Ajans.az

1Mənbələr