Xaçmazın Xudat şəhərində su boruları vaxtında təmizlənmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sakinlər “Xəzər TV”yə danışıb.
Onların iddiasına görə, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, təmiz sudan istifadə edə bilmirlər: “Borular vaxtında təmizlənmir. Bununla yanaşı, Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir”.
Sakinlər, həmçinin qeyd edib ki, onlar məcbur qalıb suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir: “Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, 20 ildir eyni cavabı verirlər, ancaq problemi həll edən yoxdur”.
Məsələyə aidiyyəti qurumdan cavab olaraq bildirilib ki, layihənin icrası üçün vəsait ayrıldıqda bu istiqamətdə işlər görüləcək.
Daha ətraflı videomaterialda: