AZ

“Araz vadisi” yüksəliş meydanıdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında iş görmək istəyən sahibkarların  sayı getdikcə artır. Artıq burada istehsal fəaliyyəti ilə məğul olmaq arzusunda olan 16 rezident və 2 qeyri-rezident qeydiyyatdan keçib. 

İZİA-dan verilən məlumata görə, 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş sənaye parkına sahibkarlıq subyektləri tərəfindən, ümumilikdə, 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə sənaye parkının 30 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib. Rezidentlər tərəfindən sənaye parkında görülmüş işlərə 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə fəaliyyət göstərir. Hazırda isə 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər davam etdirilir.

 

Seçilən
5
xalqqazeti.az

1Mənbələr