Türkiyənin "Kanal D" telekanalının əfsanəvi serialı "Arka Sokaklar"da daha bir ayrılıq yaşanacaq.
"Cebheinfo.az" xəbər verir ki, Burak Alkaş ekran işinə vida edəcək.
"Fiko" obrazına həyat verən aktyorun irəliləyən bölümlərdə serialdan ayrılacağı məlum olub.
Qeyd edək ki, "Arka Sokaklar"un 19-cu mövsümündə Zafer Ergin, Özgür Ozan, Şevket Çoruh, İlker İnanoğlu, Oya Okar, Özlem Çınar və Ebru Cündübeoğlu kimi məşhurlar çəkilir.