Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçirilib.
Şəhriyar Məmmədyarov həlledici raundda cavab oyununda da Rauf Məmmədovla heç-heçə edib.
Qadınlarda ilk qarşılaşmada Günay Məmmədzadəni məğlub edən Gövhər Beydullayeva bu dəfə rəqibinə yenilib. Eləcə də, 3-cü yer uğrunda ilk görüşdə Ülviyyə Fətəliyevaya uduzan Gülnar Məmmədova, cavab oyununda rəqibinə qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçılar qalibi müəyyənləşdirmək üçün tay-brekdə oynayacaqlar.
Leyla QURBANOVA
XQ