Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən "Xəzər dənizi kuboku" (“Caspian Sea Cup”) beynəlxalq turnirində vahid lider olub.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı əvvəlki oyunlarda olduğu kimi, beşinci turda da qalib gəlib.
Rəsulov bu dəfə qara fiqurlarla Əmirməhəmməd Azadini (İran) məğlub edib.
Qrossmeysterimiz 5 xal toplayıb və turnir cədvəlinin vahid lideridir.
Turnirdə 15 ölkədən 116 şahmatçı çıxış edir.
İdman.biz