Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün FİFA Quality Pro sertifkatına uyğunluğu təsdiqlənib. Bildiyiniz kimi, 1-ci liqada mübarizə aparan “Baku Sportinq” ev oyunlarını məhz həmin stadionda keçirir.
Ot örtüyünün yenilənməsinin bütün xərclərini AFFA qarşıladı, yoxsa sizin də hansısa rolunuz var? Yeni ot örtüyü elitaya yüksəlməklə bağlı planlarınıza təsir edirmi?
Bu sualları “Baku Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədova ünvanladıq:
“Bütün xərcləri federasiya qarşıladı. Hətta Binə qəsəbə stadionunda sökülən köhnə sintetik örtüyü bizim kluba verdi. Buna görə AFFA-ya təşəkkür edirik. Əlbəttə, hədəfimiz elitaya yüksəlməkdi. Bu baş verərsə, Binə qəsəbə stadionunda infrasturkturun müasirləşməsi üçün maliyyəni də ayırmağa hazırıq”.
ƏSƏD SEYİDOV