Ermənistanda iqtisadi tənəzzül, siyasi volüntarizm və stratejidüşüncənin yoxluğu səbəbindən xroniki böhran gün keçdikcə daha dadərinləşir.
2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsində ağırməğlubiyyətdən sonra ölkə öz zəifliklərini tamamilə üzə çıxarançoxsaylı çağırışlarla üzləşdi: işğal olunmuş ərazilərdən qovulma,xarici "hami"lərdən asılılığın güclənməsi, kritik dərəcədəköhnəlmiş infrastruktur və səmərəsiz idarəetmə. Bütün bu amillərErmənistanı həm daxili, həm də beynəlxalq səviyyədə son dərəcə zəifvə asılı vəziyyətə salıb.
İndisə Ermənistanın baş naziri Nikol Paşinyan və komandası ilkdəfə iki il əvvəl səsləndirdikləri idefiksə dönürlər. Onlar "Sünik"adlandırdıqları Qərbi Zəngəzurda gündə 100 000 barrel istehsalgücünə neft emalı zavodunun (NEZ) inşası layihəsinin real olduğunutəsdiqləyirlər.
Onlar iddia edirlər ki, gündəlik 100 000 barrel emal gücünəmalik NEZ-in tikinti xərclərini 1,5–2 milyard ABŞ dolları arasındaqiymətləndirirlər. Bu məbləğ İran və Ermənistanın birgə səyləri vəya regionun enerji resurslarına çıxışda maraqlı olan Çin vəHindistan kimi xarici investorların cəlb edilməsi ilə ödəniləbilərdi. Eyni zamanda, Ermənistan gündəlik təxminən 50 000 barrelyanacaq istehlak edir. Bu o deməkdir ki, NEZ daxili tələbatı tamödəyərək artıq məhsulları ixrac üçün saxlaya bilərdi. Emal olunmuşneft məhsullarının əsas ixrac istiqamətləri Gürcüstan, CənubiRusiya və Şərqi Avropa ola bilərdi. Bu, Ermənistanı tranzit ölkəkimi möhkəmləndirərək Tehranın həmin bazarlardakı mövqeyinigücləndirə bilərdi.
Haqqında bəhs etdiyimiz xülya ölkənin əsas problemlərini həlletməyən, sadəcə populist qərarların növbəti nümunəsi olsa da,erməni cəmiyyətində müzakirə edilməyə başlayıb. Halbuki sözügedənprojekt İrəvanın xaotik və mənasız siyasətinin yeni simvolunaçevrilməklə yanaşı, Paşinyanın "inkişaf" illüziyası yaratmaqməqsədindən xəbər verir.
Ermənistanın Sünik bölgəsində neft emalı zavodunun tikintisitəşəbbüsü, reallıqda həyata keçirilmək imkanlarından məhrum olan,populizmə söykənən addım idi. Layihənin uğursuzluğu həmErmənistanın iqtisadi və siyasi problemlərinin, həm də İranınCənubi Qafqazdakı strateji zəifliyinin bariz nümunəsinəçevrildi.
İrəvanın iqtisadi vəziyyətisə gerçəkdən acınacaqlıdır. DünyaBankının məlumatlarına əsasən, 2022-ci ildə adambaşına düşənümumdaxili məhsul (ÜDM) 4700 ABŞ dolları təşkil edib və bugöstərici Ermənistanı Cənubi Qafqazın ən yoxsul ölkələrindən birinəçevirib. İnflyasiya səviyyəsi davamlı olaraq yüksəkdir, enerjidaşıyıcılarının illik 20-30% artan qiymətləri isə iqtisadiyyatasürəkli ağır zərbələr vurur.
Ermənistan nə neft, nə də qaz ehtiyatlarına malikdir, bu isəonun tamamilə idxaldan asılı olduğunu göstərir. Əsas tədarükçülərolan Rusiya və İran isə bu asılılıqdan siyasi təsir aləti kimiistifadə edərək, öz maraqlarına uyğun şərtlərə diktə edirlər.
Hazırda N.Paşinyan iqtidarının mənsubları iddia edirlər ki, səndemə, "Ermənistan üçün Sünik bölgəsində NEZ tikintisi həyatiəhəmiyyət daşıyan addım olardı". Onların iddialarına görə,yanacaq-sürtgü materialları və ümumiyyətlə, yanacaq idxalından tam(100%) asılı olan və daxili bazarın təminatı üçün məhdud imkanlaramalik bir ölkə üçün bu layihə həddən ziyadə önəmlidir. Belə ki,layihə reallaşarsa, yerli neft emalı Ermənistana özünü yanacaqlatəmin etmək və qlobal qiymətlərdən asılılığı azaltmaq imkanı verəbilərdi. Üstəlik, NEZ-in tikintisi ölkənin ən depressivbölgələrindən biri olan Sünikdə iqtisadi inkişafın katalizatoru olabilərdi. Yeni iş yerlərinin yaradılması, infrastrukturun inkişafıvə investisiyaların cəlb edilməsi bölgənin vəziyyətini əhəmiyyətlidərəcədə yaxşılaşdıra bilərdi. Və ən nəhayət, Paşinyan komandasıbəyan edir ki, İranla əməkdaşlıq Ermənistana etibarlı xammalmənbəyi təmin etməklə yanaşı, xüsusilə qlobal enerjiqeyri-sabitliyi və karbohidrogen qiymətlərinin artması fonunda çoxmühüm addım olardı.
Ermənistan hökuməti tərəfindən NEZ-in tikintisi təşəbbüsübeynəlxalq neft qiymətlərindən asılılığın azaldılması yolu kimitəqdim olunsa da, layihənin başlanğıcdan uğursuzluğa düçar olduğuaydındır. İrəvanın belə layihə üçün nə lazımi resursları, nəlogistika infrastrukturu, nə də strateji investorları var. Üstəlik,ermənilərin İran kimi potensial tərəfdaşı sözügedən "təşəbbüs"əaçıq şəkildə şübhə ilə yanaşaraq üstüörtülü olsa da, layihəniniqtisadi və praktiki cəhətdən mənasız olduğunu bir dahavurğulayır.
Təbii ki, NEZ layihəsi Ermənistan hakimiyyətinin daxili vəxarici təzyiqlər şəraitində öz reputasiyasını qorumaq üçün atdığıümidsiz addımdan başqa bir şey deyil. İqtisadiyyatın islahatı,korrupsiya ilə mübarizə və infrastrukturun modernizasiyası kimiəsas problemləri həll etmək əvəzinə Nikol Paşinyan və dəstəsi özuğursuzluqlarını ambisioz, amma reallıqdan çox uzaq təşəbbüslərləört-basdır etməyə çalışır.
İranla əməkdaşlıq Ermənistan üçün enerji təhlükəsizliyiniartırmaq və iqtisadi mövqeyini gücləndirmək üçün strateji addım olabilərdi. Di gəl ki, İrəvan hətta bu sahədə ardıcıllıq göstərməkdəacizdir. İlk baxışdan - söz yox - İranın özəl sektoru tərəfindəngündə 100 000 barrel neft emalı gücünə malik zavodun tikintisitəklifi hər iki tərəf üçün faydalı olardı. Amma Tehranın iki iləvvəl ermənilərlə kuluar danışıqlarda eyham vurduğu bu layihəniNikol Paşinyan həmin dövrdə qəbul etdi ki, bu da İrəvandakı mövcudhakimiyyətin mürəkkəb layihələri idarə etmək və effektiv danışıqlaraparmaq bacarığı olmadığını ortaya qoydu.
İranın Ermənistanın indiki təşəbbüsünə çox dərin şübhə iləyanaşması da anlaşılandır. 150 milyard barrel həcmində təsdiqlənmişneft ehtiyatlarına malik olan (dünya ehtiyatlarının təxminən 10%-i)İran bu layihədən istifadə edərək öz mövqeyini Cənubi Qafqazdagücləndirə bilərdi. Ən azı belə NEZ vasitəsilə Tehran Ermənistanlaiqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsinə, Qərbingenişmiqyaslı və total sanksiyaları şəraitində neft ixracı üçünalternativ marşrutların yaradılmasına, habelə neft ixracından vəəlaqəli xidmətlərdən gəlirlərin artırılmasına, hipotetik də olsa,nail ola bilərdi.
Fəqət Tehranın hazırda N.Paşinyanın təkrar gündəmə gətirməyəçalışdığı "layihə"yə olduqca soyuq yanaşması Ermənistanrəhbərliyinə qarşı etimadsızlıqdan, ya da İranın stratejiplanlaşdırmasındakı problemlərdən xəbər verir.
Ermənistanda neft emalı zavodunun tikintisi ideyası həm İran,həm də beynəlxalq ekspertlər arasında geniş müzakirələrə səbəbolmuşdu. İranda bir çox analitik qeyd edir ki, belə bir layihəQərbin təsirinin artdığı bir vaxtda regionda mövqeləri gücləndirməküçün əhəmiyyətli bir addım ola bilərdi.
Erməni analitikləri isə layihənin irəliləyişinin olmamasındandərin məyusluqlarını bildirirlər. Onlar vurğulayırlar ki, İranlaəməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunmasında və yanacaqmənbələrinin şaxələndirilməsində əsas element ola bilərdi. Erməniekspertlər hesab edirlər ki, NEZ layihəsinin asqıda qalmasıPaşinyan hakimiyyətinin iqtisadi inkişaf üçün imkanlardan düzgünistifadə edə bilməməsinin daha bir nümunəsidir.
Xatırladaq ki, Ermənistan enerji qeyri-sabitliyi fonundatamamilə yanacaq idxalından asılıdır. Əsasən Rusiya və İrandanyanacaq tədarük edən ölkə illik 1,2 milyon ton neft məhsullarıidxal edir ki, bu da təxminən 1 milyard ABŞ dollarına bərabərdir.Belə bir asılılıq Ermənistanı qlobal bazar qiymətlərindəkiistənilən dəyişikliklərə qarşı son dərəcə həssas edir və daxilibazara əlavə təzyiqlər yaradır. Məsələn, qlobal bazarda neftqiymətlərinin kəskin artması Ermənistanda yanacağın qiymətini 35%artırdı ki, yaşana olay nəqliyyat və kənd təsərrüfatı sektorlarınaciddi zərbə vurdu.
Cənubi Qafqaz Rusiya, Türkiyə, Azərbaycan və Qərb kimi irioyunçuların maraqlarının toqquşduğu strateji regiondur.Azərbaycanla münasibətlərin inkişafı və iqtisadi əməkdaşlığıngücləndirilməsi istiqamətində real addımlar atsaydı, 150 milyardbarrel neft ehtiyatına malik olan İran regionun enerji sektorundadominant oyunçulardan biri ola bilərdi. Ancaq rəsmi Bakı ilətəmaslardakı volüntarizm, daha çıq desək, səbatlı strategiyanınyoxluğu, üstəlik Ermənistanın aşkar dəstəklənməsi İranın bustrateji istiqamətdə öz mövqeyini gücləndirmək imkanını əldənverməsinə səbəb oldu.
Unutmayaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsindəki tamkapitulyasiyadan sonra Ermənistan izolyasiya vəziyyətinə düşdü vəonun iqtisadi asılılığı İrandan əhəmiyyətli dərəcədə artdı. İran bufürsətdən istifadə etmək əvəzinə Ermənistanı ruhlandırmağa çalışdı,"İrəvana tam və total dəstək" kimi yanlış taktikanı reallaşdırmağabaşladı, Bakı ilə münasibətilərlə əlaqələri normallışdırmaq üçüngərəkli səylər göstərmədi və nəticədə bölgədəki geostratejiproseslərdə mövqelərini zəiflətdi.
Moskvaya gəldikdə isə, Rusiya Ermənistana yanacaq tədarük edənəsas ölkə kimi, NEZ layihəsini öz iqtisadi maraqlarına potensialtəhdid kimi görə bilərdi. Bununla belə, Rusiya neftinin Ermənistanbazarındakı dominantlığı artıq uzun müddətdir ki, mübahisəsizolaraq qalır. NEZ-in yaradılması Rusiya ilə əməkdaşlığı ləğvetməzdi, lakin Ermənistana öz asılılığını müəyyən qədər zəiflətməküçün əlavə rıçaqlar təqdim edə bilərdi. Bundan başqa, ErmənistanlaRusiya arasında münasibətlərin pisləşdiyi şəraitdə NEZ İrəvan üçünMoskva ilə danışıqlarda manevr imkanları yaradan alətə çevriləbilərdi.
Ermənilərin "Sünik" dedikləri Qərbi Zəngəzurda neft emalızavodunun tikintisi layihəsi əslində İrəvanla Tehran üçün əldənverilmiş imkanların simvoluna çevrilib. İran üçün bu, mövcudresurslardan effektiv istifadə etmək və regionda mövqelərinigücləndirmək qabiliyyətinin olmamasının növbəti sübutudur.
Ermənistan üçünsə "layihə" enerji təhlükəsizliyinin təminolunması və iqtisadiyyatın gücləndirilməsi strategiyasının növbətiuğursuzluğu kimi qiymətləndirilməlidir.
Ermənistan uzunmüddətli siyasət qurmaqda aciz olduğunu yenidənnümayiş etdirir. Struktur problemləri həll etmək əvəzinə, İrəvandiqqəti əsas böhrandan yayındıran mənasız layihələrlə məşğulolur.
Populist və marazmatik təşəbbüslər əvəzinə Nikol Paşinyaniqtidarı iqtisadiyyatın modernizasiyasına, daxili infrastrukturuninkişafına və vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinədiqqət yetirməli idi. Bunun üçün isə məsuliyyəti öz üzərinə götürəbiləcək və şüurlu qərarlar qəbul edən rəhbərlik tələb olunur ki,bəhs olunan məqamlar da Paşinyana və komandasına xas deyil.
Ermənistan öz səhvlərinin girovuna çevrilərək, daha da dərinxaosa və xarici oyunçulardan asılılığa sürüklənir.
Və bu proses sürətlənir...