AZ

Orqanizmdə iltihabı azaldır və toksinləri təmizləyir: 3 tərkibli qarışığın 1 stəkanında 7 fayda var

Orqanizmdə iltihabı azaldır və toksinləri təmizləyir:

Amla, zəncəfil və zərdəçalın birləşməsi sağlamlıq üçün çoxsaylı faydalar təmin edir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, bu üç təbii maddənin qarışığı iltihabı azaltmaqdan tutmuş immuniteti gücləndirməyə qədər müxtəlif təsirlərə malikdir.

İmmuniteti gücləndirir: Amla yüksək C vitamini mənbəyidir, bu da immun sistemini gücləndirir və bədəni infeksiyalardan qoruyur. Zəncəfil və zərdəçalın antimikrobiyal və antiinflamatuar xüsusiyyətləri də immunitetin artırılmasına kömək edir.

İltihabı azaldır: Zəncəfil və zərdəçal güclü antiinflamatuar xüsusiyyətləri ilə tanınır. Onların tərkibindəki bioaktiv komponentlər iltihabı azaldaraq oynaq ağrılarını yüngülləşdirə bilər.

Həzm sistemini dəstəkləyir: Zəncəfil mədəni sakitləşdirir, ürəkbulanmanı azaldır və həzmi yaxşılaşdırır. Amla isə həzm fermentlərinin fəaliyyətini stimullaşdıraraq bağırsaq sağlamlığını qoruyur.

Detoksifikasiyanı təşviq edir: Amla təbii sidikqovucu kimi fəaliyyət göstərərək bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Zəncəfil və zərdəçal isə qaraciyər funksiyasını dəstəkləyərək detoks prosesini gücləndirir.

Ürək sağlamlığını qoruyur: Amla xolesterolu və qan təzyiqini tənzimləyir, zəncəfil isə qan dövranını yaxşılaşdırır və qan laxtalanmasının qarşısını alır. Bu xüsusiyyətlər ürək-damar sağlamlığını dəstəkləyir.

Dəri və saç sağlamlığını yaxşılaşdırır: Amla antioksidantlarla zəngindir, bu da dərini qoruyur və kollagen istehsalını artırır. Zərdəçal isə dəriyə parlaqlıq verir və iltihabı azaldır.

Xərçəngə qarşı potensial təsir: Zərdəçalın tərkibindəki kurkumin maddəsi potensial xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, kurkumin xərçəng hüceyrələrinin böyüməsini inhibə edə bilər.

Hazırlanması:

  • Tərkibi:

    • 1 təzə amla (və ya 1 xörək qaşığı amla suyu)
    • 2,5 sm zəncəfil parçası
    • ½ çay qaşığı zərdəçal tozu (və ya 2,5 sm təzə zərdəçal kökü)
    • Yarım stəkan su
    • Yarım çay qaşığı bal (istəyə görə)
    • Yarım çay qaşığı limon suyu (istəyə görə)
  • Hazırlanma qaydası:

    1. Bütün maddələri su ilə birlikdə blenderdə hamarlanana qədər qarışdırın.
    2. Qarışığı süzərək pulpadan ayırın.
    3. Maksimum fayda üçün bu içkini acqarına təzə olaraq qəbul edin.

Bu təbii qarışığı gündəlik rasionunuza daxil edərək sağlamlığınızı dəstəkləyə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
14
e-saglam.az

1Mənbələr