1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda körpünün altından kişi meyiti tapılıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.
Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.