AZ

Əlçatmaz Yankoviç - avrokuboklarda

Avrokubokların cari mövsümünün əsas mərhələsində rəqiblərin kobudluğundan ən çox əziyyət çəkən futbolçu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçdir.

İdman.biz xəbər verir ki, “Qarabağ” artıq turnirdə iştirakını dayandırsa da, hələ də ağdamlıların monteneqrolu futbolçusu qədər heç kəsə qarşı fol edilməyib.

Liqa mərhələsindəki 8 oyunda Markonu 33 dəfə qayda pozuntusu ilə dayandırıblar. Qitənin 3 turnirində ümumilikdə 48 iştirakçı komandası artıq ilk pley-off oyunlarını keçirsə də, Yankoviçin bu göstəricisinə hələ də yaxın düşən yoxdur. Hətta cavab görüşləri də çətin ki, vəziyyəti dəyişdirə. Futbolçumuza ən yaxın göstərici Çempionlar Liqasında artıq çıxışını dayandıran “Srvena Zvezda”dan Ndiaye, Avropa Liqasında isə Belçika “Union”unun yarımmüdafiəçisi Nyanqdadır və hər ikisi 26 dəfə folla üzləşib.

Yankoviç cari mövsüm avrokubokların bütün mərhələləri nəzərə alınmaqla da bu sahədə hələ ki, birincidir. Çempionlar Liqasının təsnifat oyunlarında da 4 matçda 11 dəfə kobudluqla üzləşən Marko, ümumilikdə bu qitə mövsümündə keçirdiyi 12 oyunda 44 dəfə bu halla qarşılaşıb.

Fola məruz qalmada Çempionlar Liqasının təsnifat mərhələsinin liderləri “Qarabağ”ın daha bir yarımmüdafiəçisi Yassin Benzia və “Lüdoqorets”in forvardı Rik olub. Onlara qarşı 6 oyunda 16 dəfə kobudluq edilib.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr