ABŞ-da Oval Ofisin girişindəki divardan prezident Donald Trampın həbsxana şəkli asılıb.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
Sosial mediada yayılan görüntülərdə fotonun “New York Post” qəzetində manşetlərə çevrilən versiyası ilə asıldığı görülüb.
Sözügedən həbsxana şəkli Tramp və onun tərəfdarları üçün “siyasi olaraq hədəfə alınma”nın simvoluna çevrilmişdi.