AZ

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən ucuzlaşıb.Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76.61 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 76,85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

Seçilən
63
19
metbuat.az

10Mənbələr