AZ

Bakıda itkin düşən kişi körpünün altından ölü tapıldı

Bakıda körpünün altından kişi meyiti tapılıb.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.

Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
2
13
day.az

10Mənbələr