AZ

“Qazanılan hər xal bizə elitada qalmağa kömək edəcək”

“Kəpəz” Premyer Liqanın XXIII turunda “Şamaxı” ilə qarşılaşacaq.

Gəncə təmsilçisinin futbolçusu Əli Səmədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Şamaxı” ilə görüş bizim üçün çox vacibdir. Rəqiblərimizdən biridir və tək hədəfimiz qələbədir. İnşallah, buna nail olarıq. Bununçün əlimizdən gələni edəcəyik”.

“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzub. Səmədov komandanın ikinci dövrəyə uğurlu startına toxundu:

“Ən çox istəkdən irəli gəlir və işimizə ciddi yanaşırıq. Qazanılan hər xal bizə elitada qalmağa kömək edəcək. Tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. İstəyirik ki, “Kəpəz”i elitada saxlayaq və indidən toplayacağımız xallar bunun üçün çox vacibdir”.

Müdafiəçi kluba yeni sponsor tapılması haqda fikirlərini bölüşdü:

“Sponsor xəbərlərini eşitmişik. İnşallah ki, alınar. Bizim üçün böyük motivasiya olar. Buna qədər maliyyə cəhətdən çətinliklər yaşamışıq. İnşallah, bundan sonrası xeyirli olar”.

Fevralın 17-də keçiriləcək “Kəpəz” – “Şamaxı” oyunu saat16:00-da start götürəcək.

Şahin Cəfərov

Seçilən
6
futbolpress.az

1Mənbələr