Rusiyanın 7 hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin eniş və uçuşu dayandırılıb.
Məhdudiyyətin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarından tətbiq edildiyi qeyd olunub.
***
Lenta.ru saytının məlumatına görə, Rusiyanın Həştərxan, Vladiqafqaz və Qroznı şəhərlərinin hava limanlarında hava gəmilərinin uçuş və enişinə qoyulmuş qadağa aradan qaldırılıb.
Qeyd olunub ki, bundan öncə Rusiyanın 7 aeroportunda dron hücumu təhlükəsinə görə müvəqqəti məhdudiyyət tətbiq olunmuşdu.