AZ

Süni intellekt fərdiləşdirilmiş təhsil imkanı verir - Həmid Əskərov

Bakı. Trend:

5 ildən artıqdır ki, Azərkosmosun tərkibində suni intellektkomandası fəaliyyət göstərir. Süni intellektin müsbət təsirləriodur ki, bizə fərdiləşdirilmiş təhsil imkanı verir.

Trend xəbər verir ki, bunu bugün Azərkosmos, Coğrafi informasiya sistemləri departamentinin Süniintellekt bölməsinin rəhbəri Həmid Əskərov "Gənc müəllimlərin IVşəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektdən istifadə uzun müddətdə görülənişləri daha qısa zamanda görməyə şərait yaradır.

"Tam əminliklə deyə bilərəm ki, süni intellektdən istifadə uzunmüddətdə görülən işləri daha qısa zamanda görməyə şərait yaradır.Süni intellektin yaranması həyatımızda yeni bir səhifə açacaq.Bunun təhsil sahəsinə də təsirləri olacaq.

Müsbət təsirləri odur ki, süni intellekt bizə fərdiləşdirilmiştəhsil imkanı verir. Süni intellekt şagirdə xüsusi, fərdi təhsilproqramı təqdim edir. Eyni zamanda süni intellektin inkişafı bəzişagirdlər üçün əvvəllər əlçatan olmayan məsələləri daha əlçatanedir. Bu da təhsildəki bərabərsizliyi aradan qaldırır. Müəllimlərsüni intellekt vasitəsi ilə öz proqramlarını şagirdlərin ehtiyacıolduğu formaya dəyişdirə bilirlər. Həmçinin, süni intellektmüəllimlərə mürəkkəb konsepsiyaların izahı zamanı böyük köməkdir.Burada bəzi çatışmazlıqlar var, amma yaxın zamanlarda bunlar daaradan qaldırılacaq",- deyə o əlavə edib.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr