AZ

Unikal hadisə: ABŞ-də həbsdə olan və Rusiyaya təhvil verilən Aleksandr Vinnikə "təmiz səhifə" açıldı

ABŞ-də həbsdə olan və ötən gecə ölkəsinə təhvil verilən Rusiya vətəndaşı Aleksandr Vinnikin üzərindən ABŞ-də bütün ittihamlar götürülüb.

hakimiyyet.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili Arkadi Bux məlumat verib.

"Cinayət işinə xitam verilib və müvəkkilimiz həbsdən azad edilib. Hazırda cənab Vinnik heç bir cinayət qeydi olmayan şəxs hesab olunur və bu, ABŞ məhkəmə sənədləri ilə təsdiqlənib", - deyə Bux bildirib.

Vəkil onu da əlavə edib ki, ittihamlar götürüldükdən sonra Aleksandr Vinnikə ABŞ-nin cinayət sistemində "təmiz səhifə" açılıb və indi o, sərbəst şəkildə, o cümlədən də Avropaya səyahət etmək imkanı əldə edib. ABŞ qanunlarına görə, üzərindən ittihamlar götürülmüş şəxs heç vaxt həbs olunmadığını söyləmək hüququna malikdir və sərhədçilərin Vinniki cinayətkar keçmişinə görə dayandırmaq üçün əsasları yoxdur.

Bütün sənədlər, o cümlədən işin bağlanması və onun azadlığa buraxılması barədə qərar məxfilikdən çıxarılıb və ictimaiyyət üçün açıqdır.

"Bu işi unikal adlandırmaq olar: ABŞ-yə ekstradisiya edilmiş şəxs illərlə həbsdə yatıb, lakin heç bir cinayət qeydi olmadan, tam təmiz reputasiya ilə vətənə qayıtmağı bacarıb. Müştərimiz ABŞ-də təmizdir, ittihamlar götürülüb, bu, nadir haldır", - deyə Bux vurğulayıb.

"Bu gün cənab Vinnikin rəsmi rekordu cinayət keçmişinin olmamasıdır, yəni o, istənilən lisenziyalar, müxtəlif ölkələrə vizalar üçün müraciət edə bilər və imtina üçün heç bir əsas olmamalıdır", - deyə o qeyd edib.

Vəkil bu hadisənin böyük qələbə olduğunu vurğulayıb.

Xatırladaq ki, . O, 2017-ci ilin yayında ABŞ-nin sorğusu əsasında Yunanıstanda həbs edilib və kriptofırıldaqçılıqda ittiham edilib. 2022-ci ildə Vinnik ABŞ-yə ekstradisiya edilib.

Seçilən
7
hakimiyyet.az

1Mənbələr