Naxçıvan Muxtar Respublikasının 7 rayonunda fəaliyyət göstərən, yolların təmiri və istismarına cavabdeh olan qurumlar ləğv edilib.
Modern.az-ın məlumatına görə, "Şahbuz", "Sədərək", "Babək" və "Ordubad", "Kəngərli", "Şərur", "Culfa" Yol Təmir İstismar MMC-ləri ləğv olunduqlarını elan ediblər.
Ləğvin səbəbləri açıqlanmayıb. MMC-lər ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.
Qeyd edək ki, sözügedən MMC-lər əvvəllər Yol Təmir İstismar idarələri kimi fəaliyyət göstəriblər və ötən il təşkilati hüquqi formaları dəyişdirilib.