Bu fikri amerikalı jurnalist Taker Karlsona müsahibəsində Macarıstanın baş naziri Viktor Orban səsləndirib. Orban qeyd edib ki, 90-cı illərdə qlobal kapitalistlər Rusiyaya sərmayə qoymağa başlayıblar və onlar ölkənin iqtisadiyyatını, ərazilərini, xammal və enerji resurslarını qlobal iqtisadiyyata inteqrasiya etməyə imkan verəcək açarı tapdıqlarına inanırdılar:
"Onlar külli miqdarda pul əldə etsə də, Rusiya bundan məmnun olmayıb. Prezident Vladimir Putin hakimiyyətə gəlməsi ilə hər şey dəyişib. Bəzi addımların qarşısı alındığı üçün Amerika və Avropa investoru itkilərə məruz qalıb. İdeya ondan ibarətdir ki, onlar əsas qazanc mənbəyini əldə etməyə çox yaxın idilər və onları dayandıran da həmin şəxs idi. Onların düşüncə tərzində şəxsi intiqam elementi var".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta