Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 2023-cü ilin 4-5 noyabr tarixində keçirilən qurultayla bağlı şok iddialar yayılmağa davam edir.
"Cebheinfo.az" xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən qurultayda saxta səsvermə olduğu ittihamı ilə istintaq başladılıb.
Artıq bununla bağlı ilkin ifadələr də alınıb. İddialara əsasən, qurultayda səs verən bir partiya nümayəndəsi və iki CHP üzvü şahid qismində baş prokurorluğa ifadə verərkən qurultayda qanun pozuntuları baş verdiyini söyləyib.
Şahid nümayəndə Özgür Özələ səs verməsi qarşılığında ona və 8 nümayəndə yoldaşına pul təklif edildiyini, 2 CHP üzvünün də bu hadisənin şahidi olduğunu iddia edib.
Şahid ifadələrində adı keçən digər şəxslərin ifadələrinin də yaxın günlərdə alınacağı öyrənilib.
Həmçinin, şahidlərdən biri sözügedən qurultayın nəticələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət edib.