AZ

Tamamilə yolverilməzdir, ABŞ-nin etdiyinə baxın, Azərbaycan da addım atır

"Azərbaycanda "Rus evi"nin bağlanılması ilə bağlı müzakirələr hələ də davam edir. Amma hesab edirəm ki, bu müzakirələrə heç bir böyük lüzum yoxdur. Çünki bu, Azərbaycanın birinci daxili işidir. İkinci, bu mərkəzin bağlanılması ilə bağlı kifayət qədər əsaslar var. Üçüncüsü, Azərbaycan müstəqil suveren addım atır və imkan vermir ki, ölkəmiz əleyhinə fəaliyyət icra olunsun. Eyni zamanda, paritet və balans əsasında münasibətlərin qurulmasının tərəfdarıdır". 

Bu sözləri SeherXeber.org -a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, bundan öncə də Fransada da "Rus evi" bağlanıb. Bunun da əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. 

"Azərbaycan belə qərar verdikdən sonra Moldovada da bağlandı. Bu da Moldovanın suveren münasibətlərindən irəli gələn addımlardır. Azərbaycana gəldikdə, burada sırf hüquqi məsələlər daha çox üstünlük təşkil edir. Çünki "Rus evi"nin Azərbaycan ərazisində qeydiyyatı yox idi və bu günə qədər qeydiyyatsız fəaliyyət göstərməsinin qarşısı alındı.

Azərbaycanın xarici siyasətində istiqamət dəyişikliklərinə gəlincə, USAİD-in fəaliyyətinə də xitam verilmişdi. Amma qəribədir ki, Amerika Birləşmiş Ştatlarında bu geniş müzakirəyə səbəb olmadı. Amerikanın özünün daxilində USAİD əleyhinə böyük müqavimət həyata keçirilir və bu da Donald Trampın adı ilə bağlıdır. İlon Mask da USAİD-i tənqid edir. 

Azərbaycan ayrı-ayrı humanitar təşkilatların, yumşaq güc institutlarının ölkəmiz ərazisində fəaliyyətini nəzərdən keçirir, ona korrektələr edir. Burada Azərbaycanı tənqid etmək, hansısa bir məsələlər ətrafında mənfi yanaşmaq tamamilə yolverilməzdir. Bunu biz milli maraq və mənafelərimiz, təhlükəsizliyimiz kontekstində fərqləndirməliyik".

Həmidə İbrahimova

Seçilən
25
5
seherxeber.org

6Mənbələr