PSJ "Liverpul"un müdafiəçisi İbrahima Konateni transfer etmək niyyətindədir.
"Report"un ESPN-ə istinadən məlumatına görə, Paris klubu 25 yaşlı futbolçunu mayda heyətinə qatmaq istəyir.
İ.Konatenin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Mersisayd klubu daha əvvəl fransalı oyunçuya yeni müqavilə təklif edib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.