AZ

30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var"

Bakının Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Məmməd sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Xəyalə (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub və ona qarşı digər seksual hərəkətlər edib.

Publik.az Teleqraf-a istinadla xəbər verir ki, Məmməd on altı yaşına çatmadığı ona məlum olan Xəyalə ilə öz aralarında razılığa gəlib və qeyri rəsmi ər-arvad münasibətlərinə daxil olublar.

Onlar əvvəlcə 27 aprel 2024-cü ildən Məmmədin yaşadığı Lənkəran rayonunun kəndində yerləşən fərdi evdə, daha sonra həmin ilin mayın 1-dən mayın 5-dək olan müddət ərzində müxtəlif tarixlərdə birlikdə yaşadıqları Sabunçu rayonunda yerləşən evdə bir neçə dəfə cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmkəndlisi və uzaq qohumu olan Xəyalə ilə bir-birini sevirlər: “Təxminən 2014-cü ildən Bakı şəhərinin Nardaran qəsəbəsində Mahirin evinin həyətindəki istixanada fəhlə işləyərək həmin həyətdəki 1 otaqlı mənzildə yaşayıram. Məhz yeməyimin bişirilməsi, paltarlarımı yuyulub təmizlənməsi mənim üçün çətin olduğuna görə bir neçə dəfə bu işindən ayrılaraq yaşadığım rayona getməyə məcbur olmuşam. Ona görə də qərara aldım ki, Xəyalə ilə evlənib, birlikdə Bakı şəhərinə gəlib, həmin işimdə işləyib, oradakı evdə yaşayaq. Odur ki, 2021-ci ilin aprel ayında valideynlərimin razılığı ilə nişanlansaq da, Xəyalə nikah yaşına çatmadığına görə valideynlərim qərara aldılar ki, toyumuz onun 17-18 yaşına çatandan sonra etsinlər”.

Seçilən
14
publika.az

1Mənbələr