AZ

Türkiyənin 39 vilayətində FETÖ əməliyyatı: 103 nəfər saxlanılıb

Türkiyənin 39 vilayətində FETÖ-yə qarşı “Kıskaç-39” əməliyyatı keçirilib.

İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial mediada məlumat verib.

Nazir qeyd edib ki, son bir həftədir 39 vilayətdə FETÖ-yə qarşı davam etdirilən “Kıskaç-39” əməliyyatlarında 103 şübhəli saxlanılıb.

Nazirin sözlərinə görə, tutulanlar arasında FETÖ istintaqı çərçivəsində ifadələrində və dəqiqləşdirmələrdə adları keçən, həbs cəzası və axtarış qeydlərini tamamlayan şübhəlilər də var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr