AZ

Türkiyədə FETÖ-ya qarşı əməliyyatlarda 100-dən çox nəfər saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin 39 şəhərində FETÖ-yə qarşı həyata keçirilən “Kıskaç-39” əməliyyatları çərçivəsində 103 şübhəlinin saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Tüürkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Adana, Ankara, İstanbul, İzmir başda olmaqla, ümumilikdə 39 vilayətdə Türkiyə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə (TEM), Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Kəşfiyyat bölmələrinin koordinasiyası ilə genişmiqyaslı əməliyyatlar keçirilib.

Saxlanılan şəxslərin FETÖ-nün “hərbi gizli şəbəkəsi” və “tələbə təşkilatlanması”nda fəaliyyət göstərdiyi, ankesörlü (kartlı) telefonlardan istifadə edərək təşkilat üzvləri ilə əlaqə saxladığı, təşkilatın şifrəli rabitə proqramı ByLock-dan istifadə etdiyi, gizli “gaybubet evi” adlandırılan mənzillərdə gizləndiyi və müxtəlif dövlət imtahanlarına burada hazırlandığı bildirilib.

Seçilən
16
turkic.world

1Mənbələr